Bizim testimiz tam dəqiqliklə sizin paytaxtda doğulduğunuzu, təzəlikcə gəldiyinizi və ya Küləklər şəhərində heç olmadığınızı müəyyən edəcək.

Bakı metropolitenin tikilişi hələ 1932-ci ildə başladı. 1951-ci ildə texniki layihə təsdiqləndi və həmin zamandan tikinti işləri başladı. İki il sonra tikintini dayandırdılar və yalnız 1960-cı ildə iş bərpa edildi. Nəhayət ki, 1967-ci il 6 noyabrda 5 yeraltı stansiya açıldı. Bu gün Bakı metrosu – 25 stansiya və ümumi uzunluğu təxminən 37 km olan 3 xəttdən ibarətdir. Gün ərzində isə yeraltına 50 min nəfər enir.

METRONUN HANSI STANSİYASINDA NİZAMİNİN EYNİADLI ƏSƏRİNDƏN PARÇA SƏSLƏNİR?
  • HƏZİ ASLANOV
  • QARA QARAYEV
  • NİZAMİ
  • MEMAR ƏCƏMİ
BAKMİL STANSİYASININ TAM ANLAMI NECƏDİR?
  • BAKU-MİLAN
  • BAKI MİLYONERLƏRİ
  • BAKI-MİL-MUĞAN
  • BAKI-MİLAY
BU STANSİYADA BİR DƏNƏ DƏ OLSUN SÜTUN YOXDUR:
  • DƏRNƏGÜL
  • AZADLIQ
  • ULDUZ
  • ƏHMƏDLİ
NƏRİMAN NƏRİMANOVUN FƏALİYYƏT GÖSTƏRDİYİ HANSI SAHƏLƏR HƏMİN STANSİYANIN FRESKLƏRİNDƏ GÖSTƏRİLİB?
  • HÜQUQŞÜNAS, İNQİLABÇI
  • MÜHƏNDİS, KİMYAÇI
  • HƏKİM, DRAMATURQ
  • MÜƏLLİM, MUSİQİÇİ
GƏNCLİK METROSUNUN İŞ ADI NƏ İDİ?
  • AVRORA
  • İNQİLAB
  • MİKRORAYON
  • İDMAN

İlk neft bumu tarixi 1872-ci ildə Sabunçu kəndi yaxınlığındakı neft fəvvarəsi ilə başlandı. Məhz qara qızıl Bakını sənət adamlarının və milyonerlərin şəhərinə çevirdi. Şəxsi malikanələr, villalar, saraylar və Avropanın ən yaxşı memarları – əgər Peterburq italyanlar və fransızlar tərəfindən tikilmişdisə, Bakıya Avropa parıltısını verdikləri üçün alman və polşalılara təşəkkür etmək lazımdır.

BAKIDA İLK AVTOMOBİL NEFT MAQNATLARINDAN KİMƏ MƏXSUS İDİ?
  • HACI ZEYNALABDİN TAĞIYEVƏ
  • İSA BƏY HACINSKİYƏ
  • MURTUZA MUXTAROVA
  • MUSA NAĞIYEVƏ
BAKI OPERA VƏ BALET TEATRI MEMAR NİKOLAY BAYEV TƏRƏFİNDƏN MAYILOV QARDAŞLARININ VƏSAİTİ HESABINA TİKİLİB. ONUN TİKİNTİSİNƏ NƏ QƏDƏR VAXT SƏRF OLUNDU?
  • 1 İL
  • 5 İL
  • 7 İL
  • 3 İL
HANSI BİNA NEFT BARONU TƏRƏFİNDƏN OĞLUNUN ŞƏRƏFİNƏ TİKİLİB?
  • VİLLA PETROLEA
  • DUBROVSKİY SARAYI
  • RAMAZANOVLAR EVİ
  • İSMAYİLİYYƏ
SƏADƏT SARAYI (İNDİ – NİKAH EVİ) MİLYONER MURTUZA MUXTAROV TƏRƏFİNDƏN ÖZ HƏYAT YOLDAŞI ÜÇÜN TİKİLMİŞDİR. O, HANSI MƏŞHUR İTALYAN SARAYINDAN İLHAMLANARAQ TİKİLİB?
  • PALAZZO DE LOCE
  • PİAZZA DEL DUOMO
  • PALAZZO VEKKO
  • KASTELLO SFORZESKO
HANSI BİNA MONTE-KARLODA KAZİNO BİNASINDAN İLHAMLANIB?
  • KUKLA TEATRI
  • FİLARMONİYA
  • RABİTƏ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI NAZİRLİYİ
  • TƏZƏBƏY HAMAMI

Monumental binalar, qırmızı qalstuklar, nişanlar və pioner salyutu… Sovet Bakısı haqqında biz nənələrimizin hekayələrindən, ağ-qara şəkillərdən və Qayday filmlərindən öyrənmişik. Həmin vaxtlarda rayonlar, iş qəsəbələri, parklar, heykəllər, mədəniyyət sarayları tikilirdi.

BAKI TEZ-TEZ SOVET KİNEMATOQRAFLARINI ÖZÜNƏ ÇƏKİRDİ. 1960-CI İLDƏ "AMFİBİYA ADAM" FİLMİNİN ÇƏKİLİŞLƏRİ ZAMANI ONU HANSI ŞƏHƏRƏ ÇEVİRMİŞDİLƏR?
  • BUENOS-AYRES
  • RİO-DE-JANEYRO
  • HAVANA
  • KARAKAS
BU MUZEYİN AÇILIŞI BÖYÜK VƏTƏN MÜHARİBƏSİNƏ GÖRƏ TƏXİRƏ SALINDI:
  • NİZAMİ GƏNCƏVİ ADINA ƏDƏBİYYAT MUZEYİ
  • NƏRİMAN NƏRİMANOVUN EV MUZEYİ
  • AZƏRBAYCAN XALÇA MUZEYİ
  • ARXEOLOGİYA VƏ ETNOQRAFİYA MUZEYİ
BU BİNA HƏLƏ 1981-Cİ İLDƏ TİKİLMİŞDİ, ANCAQ YALNIZ 1994-CÜ İLİN SENTYABRINDA TƏSDİQLƏNDİ – BURADA "ƏSRİN MÜQAVİLƏSİ" İMZALANDI:
  • SƏADƏT SARAYI
  • MUZEY MƏRKƏZİ
  • SU İDMANI SARAYI
  • GÜLÜSTAN SARAYI
BAKI TELEQÜLLƏSİ DÜNYANIN ƏN YÜKSƏK TELEQÜLLƏLƏRİ SİYAHISINDADIR. O NEÇƏNCİ YERDƏDİR?
  • 15 YER
  • 21 YER
  • 37 YER
  • 39 YER
1960-CI İLDƏ BAKININ ƏN GENİŞ YAMACINDA PARK TİKİLDİ VƏ FUNİKULYOR QURULDU – PARLAQ SARI-QIRMIZI VAQONLARI XARKOVDA XÜSUSİ SİFARİŞLI HAZIRLAMIŞDILAR. FUNİKULYOR YOLUNUN UZUNLUĞU NƏ QƏDƏRDİR?
  • 320 METR
  • 513 METR
  • 455 METR
  • 320 METR