10.12.18

Red Bull Music 3Style Showcase

Red Bull Music 3Style Showcase gecəsi 14 dekabr, Elektra Events Hall-da baş tutacaq. Red Bull Music 3Style – 2011-ci ildən DJ-lər arasında keçirilən dünya çempionatıdır. Adından bəlli olduğu kimi, hər bir DJ üç müxtəlif musiqi üslubun miksindən ibarət olan 15 dəqiqəlik set təqdim edir. Bu dəfə Bakıda keçiriləcək Red Bull Music 3Style performans gecəsində dünya və öz ölkələri üzrə çempion titulunu daşıyan DJ-lər çıxış edəcək. Mübarizə aparmaq yox, sizə yüksək keyfiyyətli musiqi təqdim etmək üçün bir araya gələcəklər. Çıxış edəcək DJ-lər və əldə etdikləri titulları:

Damianito (İtaliya) – Red Bull Music 3Style Dünya Çempionu (2017-ci il)

Eskei 83 (Almaniya) – Red Bull Music 3Style Dünya Çempionu (2014-cü il)

TIM (Azərbaycan) – Red Bull Music 3Style Milli Çempion (2017-ci il)

N.E.Z (Azərbaycan) Red Bull Music 3style Milli Çempion (2015/2016-cı illər)

Bakıda artıq altı dəfə milli final yarışmaları və 2014-cü ildə Red Bull Music 3Style Dünya Finalı keçirilib. 

Biletləri iticket.az-dan əldə edə bilərsiniz.

Top